2012-ci il yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3, nağd pullar, təcili əmanətlər, tələb olunana qədər əmanətlər və depozitlər) 13 mlrd. 903,2 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 32% çoxdur.
Bununla yanaşı, 2011-ci ilin dekabrında M3 noyabr ayının göstəricisi ilə müqayisədə 8,3% artıb.
Pul kütləsi strukturunda dövriyyədə olan nağd pul kütləsinin (aqreqat M0) həcmi 2012-ci ilin 1 yanvar tarixinə 7 mlrd. 158,2 mln. manat təşkil edib, dekabrda 9,6%, 2011-ci ildə 31,2% artıb.
Cari ilin əvvəlinə M1 pul aqreqatı (nağd pullar, tələb olunana qədər əmanətlər və depozitlər) 8 mlrd. 824,8 mln. manat təşkil edib, 2011-ci ilin dekabr ayında artım 9,9%, 2011-ci il ərzində 31,3% təşkil edib.
2012-ci il yanvarın 1-nə M2 pul aqreqatı (nağd pullar, tələb olunana qədər əmanətlər, manatla təcili əmanətlər və depozitlər) 10 mlrd. 997,2 mln. manat təşkil edib, dekabrda 10,1%, 2011-ci ildə 32,5% artıb.
2012-ci ilin əvvəlinə xarici valyutada depozitlər 2 mlrd. 906 mln. manat təşkil edib, dekabrda 2,3%, 2011-ci ildə 30,3% artıb. Geniş pul kütləsi strukturunda xarici valyutada depozitlərin payı 2011-ci ilin 1 dekabr tarixinə olan 22,1%-ə qarşı 2012-ci ilin 1 yanvar tarixi üçün 20,9% təşkil edib.