Serbiya Azərbaycan qazının Avropaya çatdırılması üzrə energetika layihələrində iştirakda maraqlıdır. Bu barədə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç bəyan edib.
“Serbiya Balkan yarımadasından, xüsusilə Serbiya vasitəsilə keçəcək istənilən layihədə maraqlıdır”, - deyə Z.Vayoviç bazar ertəsi Bakıda keçirilən mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan energetika bazarında əhəmiyyətli oyunçudur və Serbiya Azərbaycanın enerji resurslarlarının çatdırılması barədə söhbət gedən bütün neft-qaz layihələrini perspektivli hesab edir.
Diplomat qeyd edib ki, bu gün bu istiqamətdə bir çox layihə müzakirə edir. “Bazarda iri oyunçular təyin edilən kimi, o zaman kiçik oyunçuları təyin etmək növbəsi gələcək”, - deyə o bildirib.
Serbiyanın və Azərbaycanın digər sahələrdə əməkdaşlığı barədə danışaraq, səfir tərəflərin sənayedə birgə layihələrin reallaşdırmasının müzakirəsi barədə məlumat verib. Həmçinin istehsalat, kənd təsərrüfatı, əsasən nəqliyyat sənayesi üçün akkumulyatorların istehsalı üzrə zavodların tikintisi, xüsusilə yük maşınları, traktorlar, yükqaldıran maşınlar üçün .
Z.Vayoviç məlumat verib ki, bu ilin mayında keçiriləcək “Baku Food” ərzaq sərgisinə Serbiyanın sahibkarlarından ibarət böyük nümayəndə heyəti gələcək.