S.Vurğun adına Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski Avropa Yəhudiləri Parlamentinə üzv seçilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə A.Şarovski məlumat verib.
“Mən Brüsseldən dəvət aldım, Avropa Yəhudiləri Parlamentinə üzv seçildiyim barədə gözlənilməz xoş xəbər aldım”, - deyə rejissor məlumat verib.
“Azərbaycandan iki nəfər seçilib - Azərbaycanda “Soxnut” yəhudi agentliyinin icraçı direktoru Lazar Sukerman və mən”, - deyə A.Şarovski bildirib. O qeyd edib ki, fevralın 16-da Avropa parlamentinin binasında keçiriləcək Avropa Yəhudiləri Parlamentinin Təsis iclasında iştirak etməyə hazırlaşır.
“Həmçinin mənə işləyə biləcəyim komitələrin böyük siyahısını göndəriblər. Onların arasında mənə çox yaxın olan dini məsələyə aid mövzu ilə qarşılaşdım. Cavab verdim ki, xristian və müsəlman icmalarının liderləri ilə işə aidiyyatı olan iki komitə maraqlandırır. Bu məsələ ilə mən tədbirdə çıxış etməyi planlaşdırıram. Hesab edirəm ki, dinlərarası iqlim, tolerantlıq və dinlərin birləşməsi baxımından Azərbaycan bütün Avropa üçün nümunə ola bilər”, - deyə o bildirib.
«Parlamentin iclasları ildə 2-3 dəfə yalnız Brüsseldə deyil, Təl-Əviv, London və Kiyevdə də keçiriləcək”, - deyə rejissor bildirib.
Onun sözlərinə görə, Avropa Yəhudiləri Parlamenti “Azərbaycanın böyük dostu İsrailin prezidenti Şimon Peresin təşəbbüsü ilə yaradılıb”.