Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 36 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 11 nəfər həlak olub, 28 nəfər yaralanıb, 3 nəfər intihar edib, 53 yanğın hadisəsi baş verib, nəticədə 4 nəfər həlak olub, 21 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
1 nəfər qətldə, 5 nəfər sui-qəsddə və qəsdən xəsarət yetirməkdə, 6 nəfər qarət və soyğunda, 33 nəfər oğurluqda, 4 nəfər avtomobil qaçırmaqda, 4 nəfər dələduzluqda, 5 nəfər xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Həmçinin qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 28 fakt qeydə alınıb.