Dövlət Sosial Müdafiə Fondunun (DSMF) agent banklarının pensiyaçılara xidmət göstərmək üçün bankomatlarının ümumi sayı 512 ədəd təşkil edir. Bu barədə bankın məlumatında bildirilir.
“O cümlədən, Fondun agent bankları tərəfindən kənd yerlərində 123 bankomat quraşdırılıb”, - deyə məlumatda qeyd edilir.
DSMF-nin məlumatına əsasən, Azərbaycanın rayonlarında pensiyaçıların 99%-i, şəhərlərdə isə 100%-i pensiyanı plastik kartlarla alır. Ümumilikdə, pensiya ödənişlərinin avtomatlaşdırılması 99,4% təşkil edir.
Hazırda Azərbaycanda pensiyanın orta həcmi $180-190, orta əmək haqqı $460 təşkil edir.
2011-ci ildə əmək pensiyalarının orta aylıq həcmi 28,7 % - 145,2 manatadək, o cümlədən, yaşa görə əmək pensiyalarının orta həcmi 36,4% - 160,4 manatadək artıb. Orta aylıq pensiyaların səviyyəsi orta aylıq əmək haqqının 40%-ni, əmək pensiyalarının həcmi əmək haqqının 45%-ni təşkil edir”,- deyə məlumatda qeyd edilr.
Hazırda DSMF-nin əhaliyə pensiyaların ödənişi üçün agent bankları Azərbaycan Beynəlxalq Bankı və Kapital Bankdır.
Daha əvvəl S.Müslümova istinadən xəbər verildiyi kimi, tezliklə Azərbaycan Beynəlxalq Bankı 50, Kapital Bank isə 23 əlavə bankomat quraşdıracaq.