Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də NATO-nun Brüsseldəki qərargahına səfər edəcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə NATO-nun mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində İ.Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenlə danışıqlar aparacaq və Şimali Atlantik Şurasında çıxış edəcək.