Azərbaycan prokurorluq orqanları 2011-ci il ərzində bələdiyyələr barədə 15 cinayət işi açıb. Bu barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat veib.
“Ötən il 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntularının aşkar edilməsi ilə əlaqədar onlar haqqında yığılan sənədlər prokurorluq orqanlarına təqdim edilib və onlardan 15-i barəsində cinayət işləri aşılıb”, - deyə V.Zahirov çərşənbə axamı Milli Məclisə Ədliyyə Nazirliyinin “2011-ci ildə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” hesabat təqdim edərək bəyan edib.
Bundan başqa, nazir müavini məlumat verib ki, 2011-ci ildə bələdiyyələrə 5483 hektar torpağın qeyri-qanuni verilməsini aşkar edib. Bununla yanaşı, o qeyd edib ki, 143 hektar torpaq qeyri-qanuni şəkildə fərdi şəxslərin mülkiyyətinə, 4071 hektar - icarəyə, 60 hektar- istifadəyə verilib.
“690 bələdiyyə sədri 2011-ci ildə fəaliyyətləri barədə hesabatları vaxtında təqdim etmədiklərinə görə inzibati məsuliyyətə cəlb ediliblər”, - deyə o bəyan edib.
Onun sözlərinə görə, 2011-ci ildə Ədliyyə Nazirliyi 1,5 min bələdiyyəyə illik hesabatlarında düzəlişlər etməyi məsləhət görüb. Bundan başqa, o qeyd edib ki, onun başçılıq etdiyi mərkəz ötən il bələdiyyələrin təxminən 32 min aktının ekspertizasını keçirib, bu isə 2010-cu ilin aktlarının sayından 5 min çoxdur.
Bundan başqa, 2011-ci ildə bələdiyyələrin 4,5 min üzvündən çoxu maarifçilik xarakterli tədbirlərə cəlb ediliblər.
Milli Məclis Ədliyyə Nazirliyinin “2011-ci ildə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” hesabatını bəyənib.