Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Şeyx Abdulla bin Zahid Əl-Nəhyanla görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Çərşənbə axşamı Bakıda keçirilən görüşdə BƏƏ-nin xarici işlər naziriqarşılıqlı investisiya qoyuluşlarının və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Nazir həmçinin, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının sülh yolu ilə qaytarılması üçün Bakının səylərini dəstəklədiyini bildirib.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev BƏƏ-nin XİN-nin rəhbərini qəbul edib. Görüşdə tərəflər qarşılıqlı əlaqələrin indiki səviyyəsini yüksək qiymətləndiriblər. Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın regionda sulh və sabitliyə xidmət etdiyini qeyd edib.