Bu ilin mayında Bakıda keçiriləcək 57-ci “Eurovision 2012” mahnı müsabiqəsinin bəzi hüquq müdafiəçiləri tərəfindən ləkələnməsi cəhdi Azərbaycanın imicinə zərbə vurur. Bu barədə respublikanın Milli QHT Forumu bəyan edib.
“Siyasi müxalifətdə olmaq, hökuməti tənqid etmək normal hadisədir. Amma dövlətə, dövlət quruluculuğuna, xalqa qarşı müxalifətdə olmaq heç kəsə, xüsusilə də
QHT rəhbərləri olduqları barədə bəyan edənlərə şərəf gətirmir”, - deyə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun bəyanatında bildirilir.
“Bizim hər birimiz belə məsuliyyətli dövrdə şəxsi deyil, milli və dövlətin maraqların dalınca getməliyik”, - deyə bəyanatda qeyd edilir.