2012-ci il yanvarın 1-nə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 2,132 ədəd təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 12,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına görə, cari ilin yanvarın 1-nə Bakıda 1 179 (artım 12%), regionlarda - 953 bankomat (artım 13,6%) quraşdırılıb.
AMB-nin məlumatına görə, 2011-ci ildə respublikanın ticarət və xidmət obyektlərində quraşdırılmış pos-terminalların sayında artım müşahidə edilib. Xüsusilə, ötən ilin sonuna onların sayı 13,22 min (artım 67,9%) təşkil edib
Bununla yanaşı, Bakıda 12,153 min pos-terminal (artım 71,9%), regionlarda - 1 067 (аrtım 32,9%) quraşdırılıb.