Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 15-də Bakı Fond Birjasında (BFB) 20 mln. manat məbləğində qısamüddətli notun yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birjadan məlumat verilib.
Kağızların buraxılış həcmi 35 mln. manat təşkil edir. Nominal dəyəri 100 manat olan 350 min notun tədavül müddəti 28 gün, ödəniş tarixi 14 mart 2012-ci ildir.
Xəbər verildiyi kimi, Mərkəzi Bank qısamüddətli notların buraxılışına 2004-cü ilin sentyabrında başlayıb. Notların buraxılması Milli Bank və BFB arasında 2004-cü il iyulun 5-də imzalanmış sazişə əsasən həyata keçirilir.
2012-ci ildə AMB 2,5 mlrd. manat həcmində not buraxmağı planlaşdırır.