Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdulla bin Zahid Əl-Nəhyan birgə investisiya fondlarının yaradılması imkanlarını müzakirə ediblər. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildirilir.
Çərşənbə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri və BƏƏ-nin XİN rəhbəri belə fondlar vasitəsi ilə üçüncü ölkələrin iqtisadiyyatına investisiya qoyuluşları həyata keçirmək imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin, iki ölkə arasında ASK, İKT, turizm, alternativ və bərpa olunan enerji sahələrində iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.