Azərbaycanlı kimyaçı-alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Fəzilə Səmədova Avropanın nüfuzlu mükafatları ilə təltif edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
F.Səmədova “Avropanın fəxri alimi” adına və “Aleksandr Humboldt” medalına layiq görülüb.
Alim mükafatlara yeni neft yataqlarına aid neft növlərinin tərkib və xassələrinin tədqiqi, Azərbaycan neftindən ağ yağlar, Bakının parafinli neft növlərindən sürtkü yağlarının alınması texnologiyalarının öyrənilməsi və neft yağlarının alınmasının qeyri-ənənəvi metodlarının işlənib hazırlanması, eləcə də Azərbaycan neftinin fiziki-kimyəvi xassələri barədə məlumat bankının yaradılmasında göstərdiyi xidmətlərə görə layiq görülüb.