2011-ci ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) kart əməliyyatlarının həcmi 2,5 mlrd. manat təşkil edib.Bu barədə bankın məlumatında bildirilir.
2002 - 2011-ci illər ərzində bankın kart əməliyyatlarının həcmi 35,2 dəfə artıb.
Bankın məlumatına əsasən, cari ilin əvvəlində bank tərəfindən buraxılmış aktiv plastik kartların sayı 1 mln. 865,712 min ədədə çatıb. 2011-ci ildə 103,683 min nəfər bankın plastik kartlarına sahib olub.
Ümumilikdə ölkənin kart bazarında ABB-nin payı 40%-dən çoxdur.
2011-ci ildə ABB ölkənin yaşayış məntəqələrində 25 bankomat, ticarət nöqtələri və xidmət məntəqələrində 983 pos-terminal quraşdırıb. Beləliklə, bankın bankomatlarının sayı 630 (ölkədəki bankomatların ümumi sayının 34%-i), pos-terminalların sayı 3 915 (ölkədəki pos- terminalların ümumi sayının 41%-i) ədədə çatıb.
ABB 1992-ci ildə yaradılıb və respublikanın ən iri bankıdır. Bankın kapitalında 50,2% pay dövlətə, 49,8% isə özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1,556 min fiziki şəxsdir.
ABB 2010-cu ilin yekunları üzrə “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 30-cu yeri tutub.