Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçilik və tərəvəzçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin regional bürosundan məlumat verilib.
Sənədlə həmçinin qeyd olunan Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib. Sərəncama əsasən, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinə proqramda nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək və hər ilin yekunları üzrə NMR Ali Məclisini məlumatlandırmaq tapşırılıb.