Azərbaycanından “Step in” gənclər təşəbbüs qrupu cari ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə dəstək naminə yaradılıb.
“Təşkilatımız bu mahnı müsabiqəsilə bağlı gənclər tərəfindən verilən ideyaları bir araya gətirmək məqsədilə yaradılıb”, - deyə kollektivin rəhbəri Şahin Seyidzadə çərşənbə günü təşəbbüs qrupunun təqdimatında məlumat verib.
Onun sözlərinə görə, hansısa bir ideya, təşəbbüslərə malik olan hər kəs info@stepin.az elektron poçtuna yaza bilər. “Bu fleş mob, videoçarx və ya istənilən digər təşəbbüs ola bilər. Əminəm ki, Azərbaycan gənclərinin ideyaları dəstəklənərək dövlət və özəl strukturlar tərəfindən maliyyələşdiriləcək”, - deyə o bildirib.
Ş.Seyidzade əmindir ki, bu layihənin reallaşdırılmasına həmçinin xaricdə təhsil alan Azərbaycan tələbələri qoşulacaq.
“Eurovision-2012” müsabiqəsinin yarımfinal mərhələləri may ayının 22-si və 24-də, finalı – mayın 26-da Bakıda keçiriləcək.