Almaniyanın “Crewpharm GmbH" əzcaçılıq şirkəti Azərbaycan bazarına daxil olmağı planlaşdırır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
“Bununla əlaqədar şirkət Azərbaycan şirkətləri arasında tərəfdaş axtarır”, - deyə məlumatda qeyd edilir.
“Crewpharm GmbH" 2010-cu il iyulun 30-da dərmanların topdansatışı üçün icazə alıb. Baş ofisi Hallda yerləşir. (Zaal, Orta Almaniya) Şirkət qonşu Avropa ölkələrində yeni satış bazarlarının inkişaf etdirilməsində ixtisaslaşır. Hədəf regionları Ukrayna, Albaniya, Yəmən, Belarus, Rusiya, Gürcüstan, Qazaxıstan, Azərbaycan, Əfqanıstan və İsraildir.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. Başlanğıc mərhələdə fond investisiyaların təşviqi məsələləri və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.