SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü Füzuli rayonunun Qazaxlar və Mirzənağılı kəndlərinə təbii qazın verilməsinə başlayıb. Bu barədə SOCAR-ın məlumatında bildirilir.
Qazaxlar kəndinin 150 abonentinin qazlaşdırılması məqsədi ilə ümumi uzunluğu 10,5 kilometr olan müxtəlif diametrli qaz kəmərləri çəkilib, 150 ədəd qaz sayğacı quraşdırılıb.
Mirzənağılı kəndində qaz təchizatının bərpası məqsədi ilə 3,5 kilometr olan qaz kəmərləri çəkilib və 70 ədəd qaz sayğacı quraşdırılıb.
Xəbər verildiyi kimi, 2013-cü ilə qədər SOCAR Azərbaycanda qazlaşdırma səviyyəsini 95%-ə çatdırmağı planlaşdırır.