Rusiya və Azərbaycan arasında Qəbələ radiolokasiya stansiyasının statusu, prinsipləri və istifadə şərtləri barədə sazişin qüvvədə qalmasının uzadılması məsələsi üzrə növbəti danışıqlar keçirilib. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat verib.
Danışıqlarda RF-nin müdafiə naziri Anatoli Serdyukov və Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov nümayəndə heyətlərinə rəhbərlik ediblər.
“Müvafiq ikitərəfli sənədin hazırlanıb və zamanında imzalanması maraqları çərçivəsində bu məsələ üzrə məsləhətləşmələri davam etdirmək barədə razılıq əldə edilib”, - deyə nazirliyin Mətbuat xidməti və informasiya İdarəsindən bildirilib.
2002-ci il yanvarın 25-də Qəbələdə RLS-in statusu,istifadəprinsipləri və şərtlərinə dair 10 il müddətinə imzalanan razılaşma radiolokasiya stansiyası üçün informasiya-analitik mərkəz statusunu nəzərdə tutur və onu Azərbaycanın mülkiyyətinə aid edir.