Azərbaycan İtaliyada beynəlxalq turizm sərgisinin işində iştirak edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Fevralın 16-da Milanda “BİT 2012” beynəlxalq turizm sərgisi öz işinə başlayıb. Sərgidə Mədəniyyət və Turizm Nazirliyi, Bakı Turizm İnformasiya Mərkəzi, turizm şirkətləri və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının nümayəndələrindən ibarət heyət iştirak edir.
Azərbaycanın turizm potensialı 40 kvadrat metr ərazidə yerləşdirilmiş stenddə nümayiş olunacaq. Eləcə də, 30 adda reklam xarakterli çap materialları hazırlanıb.
Azərbaycan 2007-ci ildən artıq dördüncü dəfə sözügedən sərgidə iştirak edir. Respublika ilə yanaşı, sərgidə 52 ölkədən 600 turizm şirkəti təmsil olunur.
Sərgi fevralın 19-na qədər davam edəcək.
Azərbaycan 2012-ci ildə ümumilikdə 21 beynəlxalq turizm sərgisində iştirak etməyi planlaşdırır.