2012-ci il yanvar ayında Azərbaycanda ÜDM 4,1 mlrd. manat təşkil edib, bu isə ötən ilin yanvar ayının göstəricisindən 1,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statisika Komitəsindən məlumat verilib.
ÜDM strukturunda 42,9% qeyri-neft sektorunun payına düşüb. Bununla yanaşı, yanvar ayında qeyri-neft sektorunda ÜDM istehsalında artım 5,9% təşkil edib.
Yanvar ayı ərzində neft sektorunda istehsalın azalması 2,4% təşkil edib.
Dövlət Statisika Komitəsin məlumatlarına görə, cari ilin yanvar ayında ÜDM-nin 68%-ni istehsalat, 27,4% - xidmət sahələri və 4,6% - vergilərin payına düşüb.
2012-ci il yanvar ayında adambaşına ÜDM 448,6 manat ($570,5) təşkil edib.
Xəbər verildiyi kimi, 2011-ci ildə Azərbaycanda ÜDM-nin artımı 0,1% təşkil edib.
Azərbaycan hökuməti 2012-ci ildə ÜDM-nin 5,7% səviyyəsində artacağını proqnozlaşdırır.