Prezident İlham Əliyev Qusar rayonunda səfərdədir. Bu barədə cümə axşamı rəsmi mətbuatın məlumatında deyilir.
Dövlət başçısı artıq Heydər Əliyev və Şahmat mərkəzlərinin açılışında iştirak edib.
İ.Əliyev gənc şahmatçıların məşq prosesini izləyib. Zalda 40 şahmat stolu qoyulub ki, onlardan 10-u elektron lövhəlidir. Belə lövhəli stollarda keçirilən oyunları internet vasitəsilə izləmək mümkündür.