Ötən ilin sonunda Fransa Senatının “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması qanunu Fransa xalqının özünə qarşı yönəldilib. Azərbaycan hökümətinin baş nazirin müavini Əli Həsənov belə hesab edir.
“Hesab edirəm ki, Senatın bu qərarı Türkiyəyə deyil, əsasən Fransa xalqının özünə zərbədir”, - deyə Ə.Həsənov cümə günü jurnalistlərə bildirib.
Baş nazirin müavini hesab edir ki, Senatın bu qərarı əksər fransızların fikrini əks etmir. “Güman edirik ki, adi Fransa vətəndaşlarının Dağlıq Qarabağ münaqişəsi, həm də o hadisələr barədə kifayət qədər məlumatları yoxdur. Buna görə, adi fransızlar haqlı olaraq hesab edirlər ki, onların səs verdikləri senatorlar, onların hüquqlarını qorumaq əvəzinə erməni vəsaitinə satılır və seçicilərinə qarşı çıxış edirlər”, - deyə Ə.Həsənov vurğulayıb.