SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) “Azəriqaz” İstehsalat Birliyi (İB) cümə günü Azərbaycanın üç rayonunun qaz təchizatını məhdudlaşdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Aparılan təmir işləri ilə əlaqədar saat 10:00-dan “Yevlax-Balakən” magistral qaz kəməri ilə qazın verilməsi dayandırılıb. Bununla əlaqədar Qax, Zaqatala və Balakən rayonlarına qaz verilməsinə məhdudiyyət qoyulub.
SOCAR-ın məlumatına əsasən, qaz təchizatı cümə günü yerli vaxtla saat 18:00-dan sonra bərpa olunacaq.