2012-ci ilin yanvar ayında Azərbaycanda kənd təsərrüfatının istehsal həcmi 177,7 mln. manat təşkil edib, bu isə 2011-ci ilin yanvar ayının göstəricisindən 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən xəbər verilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat ayı ərzində heyvandarlıq sahəsində artım 2,9% təşkil edib. Bununla belə, yanvar ayında 34,671 min ton ət (аrtım 2,2%), 123,557 min ton süd (аrtım 4,4%), 92 mln. 414 min ədəd yumurta (аrtım 0,2%) istehsal edilib.
2012-ci ilin yanvar ayı ərzində bitkiçilik sahəsində artım 5,7% təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ilkin məlumata görə, 2012-ci ildə 956,4 min hektar əkin sahəsindən taxıl, həmçinin 689,1 min hektardan buğda, 267,3 min hektardan - arpa yığımı gözlənilir.
Proqnozlara görə, 2012-ci ildə taxıl məhsulunun yığımı 2,7 mln. ton təşkil edəcək.