2012-ci ilin yanvar ayında Azərbaycanın neft emal zavodları (NEZ) 2011-ci ilin yanvar ayı ilə müqayisədə emal həcmini 2,3% azaldıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə, Dövlət Statistika komitəsindən məlumat verilib. .
Statistik məlumatlara görə, hesabat ayında avtomobil benzininin istehsalı 15,5% - 90,4 min tona qədər, birbaşa qovulan benzinin - 30,7% - 17,8 min tona qədər, ağ neftin – 1,2% - 49,3 min tona qədər, sürtkü yağlarının – 40% - 2,7 min tona qədər azalıb.
2012-ci ilin yanvarında dizel yanacağının istehsalında 3,6% - 204,9 min tona qədər, neft bitumunda – 2,1 dəfə - 20,1 minə tona qədər artım qeyd edilib.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.