Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə günü Şahdağ qış-yay turizm kompleksinin tikintisinin birinci mərhələsi üzrə tamamlama işləri ilə tanış olub. Bu barədə rəsmi mətbuat xəbər verir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kompleksin tikintisinin gedişi ilə bağlı dövlət başçısına məlumat verib. O bildirib ki, bazada uşaqların da dağ-xizək idmanı ilə məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb, həmçinin 9 kanat yolu inşa olunur.
Burada 35,7 kilometr uzunluğunda qaz kəməri çəkilib, 29 kilometr uzunluğunda fiber lifli rabitə xəttinin çəkilişi tamamlanmaq üzrədir, 32,6 kilometrlik elektrik xəttinin inşası davam edir.
Bununla yanaşı, bazanın ərazisində otellər şəbəkəsi yaradılır, o cümlədən «Resort» və «Relax» otelləri inşa olunur.