Hüquq-mühafizə orqanları BMT Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin anasının qətlində şübhəli bilinən şəxsi saxlayıblar.
Respublikanın Daxili İşlər Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib ki, bir gün əvvəl Bakının Binəqədi rayonu ərazisində şəxsi mənzilində Elmira İsmaylovanın öldürən şəxs – qonşusu 23 yaşlı Natiq Hümbətov saxlanılıb və artıq cinayəti boynuna alıb.
İlkin dindirmə zamanl məlum olub ki, N.Hümbatov qətli mənzili soymaq məqsədi ilə həyata keçirib.
Xəbər verildiyi kimi, E.İsmaylova - BMT Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Huseynovun anası, aldığı bıçaq yaralarından həlak olub. Ona çoxsaylı bıçaq yaraları vurulub, bundan sonra mənzilin mətbəxi yandırılıb.