“Bakı - Dubay” marşrutu üzrə reys həyata keçirən sərnişin təyyarəsi uçuş vaxtı yaranmış texniki poroblemlərə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi “AZAL” QSC-dən (“Azərbaycan Hava Yolları”) məlumat verilib.
““Boinq 757–200” təyyarəsi bu gün Bakı vaxtı ilə saat 10.05-də Dubay istiqamətində havaya qalxıb, lakin texniki problemlərə görə geri qayıdıb”, - deyə “AZAL”dan bildirilib.
Agentliyin müsahibinin sözlərinə görə, sərnişinlərdən və uçuş heyətindən heç kim xəsarət almayıb. Texniki nasazlıq aradan qaldırıldıqdan sonra təyyarə eyni marşrut üzrə reysi yerinə yetirəcək.