Fevralın 22-də Belarusun İnvestisiyaların Təşviqi və Özəlləşdirmə üzrə Dövlət Agentliyi Bakıda təqdimat keçirəcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında məlumat verilir.
Təqdimat İqtisadi İnkişaf Nazirliyinin və Azpromo-nun dəstəyi ilə keçiriləcək.
Dövlət Agentliyi həmçinin Belarusda həyata keçirilən investisiya layihələrinin də təqdimatını keçirəcək.
Bu həftə Belarusun iqtisadiyyat naziri Nikolay Snopkovun Azərbaycana səfəri gözlənilir.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.