Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Andrey Kovatçevin başçılıq etdiyi Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətini qəbul edib.
Respublikanın rəsmi mətbuatının məlumatına görə, görüş zamanı Azərbaycan ilə Avropa Parlamenti və Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fikir mübadiləsi aparılıb, enerji, təhlükəsizlik və digər məsələlər müzakirə edilib.