SOCAR ''Neft Daşları'' yatağında yeni quyunun qazma işlərinə başlayıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
2287 nömrəli quyu Kompleks Qazma İşləri Trestinin ''Bayıl Limanı'' Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən 1887 nömrəli platformadan qazılır.
Quyunun layihə dərinliyi 2870 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.
40 quyunun qazılması üçün nəzərdə tutulmuş 1887 nömrəli platformada hazırda 32 quyu uğurla istismar olunur ki, onların da orta gündəlik hasilatı 485 tondur.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.