Azərbaycan Mərkəzi Bankı (AMB) 2011-ci ildə kreditlər üzrə orta dərəcələrin cüzi azalmasını qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2012-ci il yanvarın 1-nə milli valyutada kreditlər üzrə orta dərəcə 16,27%, halbuki 2010-cu ilin yekunlarına görə, bu göstərici 16,37% təşkil edib.
Bununla yanaşı, hesabat ilinin sonuna hüquqi şəxslər üçün manatda olan kreditlər üzrə orta dərəcə 14,53% (2011-ci ilin əvvəlinə – 14,40%), fiziki şəxslər üçün – 2010-cu ilin yekunlarına olan 19,84% qarşı 19,06%, təşkil edib.
AMB-nın məlumatına görə, 2011-ci il ərzində xarici valyutada kreditlər üzrə dərəcələr həmçinin azalıb. Xüsusilə, əgər 2011-ci il yanvarın 1-nə bu kreditlər üzrə orta dərəcə 17,31% təşkil edibsə, o zaman 2012-ci ilin əvvəlinə orta dərəcə 16,79%-ə qədər azalıb.
2012-ci il yanvarın 1-nə hüquqi şəxslər üçün xarici valyutada kreditlər üzrə orta dərəcələr 2010-cu ilin sonuna olan 14,2%-ə qarşı 14,3% təşkil edib, fiziki şəxslər üçün – 2010-cun ilin sonuna olan 23,73%-ə qarşı 22,9% təşkil edib.
AMB-nın məlumatına görə, 2011-ci ildə bankların cəlb etdiyi depozit və əmanətlər üzrə orta dərəcənin azalması tendensiyası müşahidə edilib.
Xüsusilə, hesabat ilinin sonuna milli valyutada depozit və əmanətlər üzrə orta dərəcə 2010-cu ilin sonuna olan 11,11%-ə qarşı 10,26% təşkil edib. Bununla yanaşı, fiziki şəxslərin əmanətləri üzrə orta dərəcə 2010-cu ilin sonuna olan 11,79%-ə qarşı 10,76% təşkil edir, hüquqi şəxslərin depozitləri üzrə - 2011-ci il yanvarın 1-nə olan 6,19%-ə qarşı 5,6% təşkil edir.
2012-ci ilin əvvəlinə xarici valyutada əmanətlər üzrə orta dərəcə 2010-cu ilin dekabr ayına olan 11,64%-ə qarşı 11,11% təşkil edib. Həmçinin, fiziki şəxslərin xarici valyutada əmanətləri üzrə orta dərəcə 2010-cu ilin sonuna olan 12,27%-ə qarşı 11,27% təşkil edir, hüquqi şəxslərin depozitləri üzrə - 2011-ci il yanvarın 1-nə olan 6,27%-ə qarşı 7,02% təşkil edir.