SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi) çərşənbə axşamı Kürdəmir şəhərinin qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Cari təmir işlərinin aparılması ilə əlaqədar saat 09-00-dan “Ağsu” qaz paylayıcı stansiyasından qidalanan “Kürdəmir” qaz kəmərində təbii qaz təchizatı dayandırılıb. Təmir işləri zamanı rayonun Sığırlı kəndi istisna olmaqla Kürdəmir şəhərinə, ərtaf kənd və qəsəbələrə mavi yanacağın verilişində fasilələr yaranıb.
SOCAR-ın məlumatına görə, qaz təchizatı çərşənbə axşamı saat 18-00-dan sonra bərpa olunacaq.