Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda olan erməni silahlı qüvvələrinin üç hərbi qulluqçusuna baş çəkiblər.
“Nümayəndələrimiz fevralın 17-də hazırda Azərbaycanda olan Ermənistanın üç hərbi qulluqçusuna və beş mülki şəxsə baş çəkiblər”, - deyə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova çərşənbə axşamı “İnterfaks-Azərbaycan” agentliyinə təfərrüatları dəqiqləşdirmədən məlumat verib.
2010-cu ilin yanvar ayında Ermənistanın beş vətəndaşı öz istəkləri ilə Azərbaycan tərəfinə keçiblər.
2009-cu ilin may ayında Ermənistan silahlı qüvvələrinin üç əsgərindən iki nəfər, üçüncü əsgər iyul ayında Azərbaycan tərəfinə keçiblər. Onlar üçüncü ölkəyə getməyi arzulayıblar.