2012-ci il yanvar ayında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları 2011-ci ilin yanvar ayı ilə müqayisədə 3,9% - 242,2 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, yanvar ayında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 52,7%-i sənaye sahəsinə yönəldilib.
Bununla yanaşı, hesabat dövründə mədənçıxarma sənayesinə qoyulan investisiyalar 227,9 mln. manat təşkil edib (artım 13,2%).
Yanvar ayında emal sənayesinə 9,2 mln. manat (azalma 68,7%) investisiya qoyulub.
Yanvar ayı ərzində elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiyalar 3,3 mln. manat (artım 30,8%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə - 1,8 mln. manat (azalma 25,8%) təşkil edib.
Bundan başqa, hesabat ayında nəqliyyat və anbar təssərrüfatı sahəsinə 87,1 mln. manat (azalma 18,6%), ), informasiya və rabitə sahəsinə - 48,6 mln. manat (artım 19,3%), dövlət idarəetməsi, müdafiə və icbari sosial təminat sahələrinə - 3,8 mln. manat (azalma 3,2%), təhsil sahəsinə - 9,9 mln. manat (artım 70%) investisiya qoyulub.
2012-ci il yanvar ayında mənzil tikintisi sahəsinə 43 mln. manat (artım 2,4%) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sahələrinin payına düşür.