Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılan abidənin açılışında iştirak edib. Bu barədə rəsmi mətbuat çərşənbə axşamı məlumat verib.
“Ucaldılan abidə bir tərəfədn tarixi ədaləti, digər tərəfdən isə Azərbaycan xalqının necə böyük olduğunu nümayiş edir. Biz görkəmli şəxsiyyətlərin xatirəsinə böyük hörmətlə yanaşırıq. Təkcə ötən il Bakıda Zivərbəy Əhmədbəyov, Fikrət Əmirov, bu gün Koroğlunun abidələri ucaldılıb. Yaxın gələcəkdə Bakıda Babək, Qara Qarayev, Bülbülün abidələri ucaldılacaq”, - deyə İ.Əliyev bildirib.
Ukraynada bürüncdən tökülən abidənin hündürlüyü 23 metrdir.
Abidənin müəllifi, Azərbaycanın xalq rəssamı Tokay Məmmədovdur.
Dövlət başçısı həmçinin abidənin yerləşdiyi parkın abadlıq işləri ilə tanış olub. Prezident İ.Əliyevə məlumat verilib ki, park 1,3 hektar sahədə salınıb, burada paytaxt sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb.