Rəsmi Bakı Xocalı soyqırımını tanıdığına görə Pakistana minnətdardır. Bu barədə Azərbaycanın İslamabaddakı səfiri Daşqın Şikarov bəyan edib. Məlumatı Azərbaycan XİN-i yayıb.
Pakistanın Müasir Dillər Universitetində Xocalıda baş verən faciəli hadisələrinin 20 illiyinə həsr edilən “Azərbaycanda Xocalı soyqırımı” adlı seminarda çıxış edərək bəyan edib ki, Pakistan Dağlıq QArabağ problemində Azərbaycanın mövqeyinə dəstək olaraq və Xjcalı soyqırımını tanıyaraq prinsipiallıq nümayiş edib.
Məlumata görə, Asiya Sivilizasiyaları Cəmiyyətinin sədri Z.A.Qureshi Ermənistanın Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində 1 milyon insan qaçqın və məcburi köçkün olub.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərində soyqırım törədiblər. Nəticədə 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.