Mobil rabitə operatoru “Bakcell” şirkətinin fəal abunəçilərinin sayı 2,6 milyonu ötür. Bu barədə şirkətdən məlumat verilib.
“Hazırda “Bakcell” şəbəkəsi əhalinin 99%-dən çoxunu və ölkə ərazisinin 92%-i əhatə edir. Şirkətin fəal abunəçilərinin sayı 2,6 milyonu ötür”, - deyə məlumatda qeyd edilir.
Bununla yanaşı, vurğulanır ki, “Bakcell” şirkətinin 3G xidmətlərinin istifadəçilərinin sayı təxminən 1 milyon təşkil edir
“2011-ci ildə şirkətin gəlirləri 5% artıb. Həmçinin, 2011-ci ildə “Bakcell” xidmətlər infrastrukturunun möhkəmlənməsinə və abunəçilərə ən yaxşı şəbəkə xidmətlərin verilməsinə yönələn investisiya proqramının sürətlənməsi üçün 40 mln. manat məbləğində istiqraz vərəqələrinin buraxılmasına təşəbbüs edib”, - deyə məlumatda qeyd edilir.
“Bakcell” 1994-cü ilin martında təsis edilib və respublikada fəaliyyət göstərən üç GSM-operatordan biridir. Şirkət 2011-ci ilin noyabr ayında əhaliyə 3G formatında xidmətlərin göstərilməsinə başlayıb.