2012-ci il martın 5-də Düşənbədə Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.
“İclasda Azərbaycan və Tacikistan arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti, əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək”, - deyə məlumatda vurğulanır.
Azərbaycan tərəfindən ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tacikistan tərəfindən – meliorasiya və su ehtiyyatları naziri Rahmat Bobokalonovdur.