Azərbaycan Prezidenti İlham Əliyev rus alimi, fizika-riyaziyyat elmləri doktoru, professor Sergey Kapitsanı elmi biliklərin təbliği sahəsində görkəmli nailiyyətlərinə görə Rusiya Elmlər Akademiyasının Qızıl medalı ilə təltif olunması münasibətilə təbrik edib.
“Sizin elmin inkişafına və elmi biliklərin geniş miqyasda təbliğinə verdiyiniz böyük töhfə bütün dünyada, o cümlədən Azərbaycanda yüksək qiymətləndirilir. Ötən il Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Sizinlə görüşümü məmnunluqla xatırlayıram. Sizin Heydər Əliyev Fondunda keçirdiyiniz görüş də Azərbaycan ilə Rusiya Federasiyası arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verib”, - deyə təbrik məktubunda bildirilir.
Azərbaycan rəhbəri rus aliminə möhkəm cansağlığı və yeni elmi uğurlar arzulayıb.