Beynəlxalq ictimaiyyət Xocalı faciəsinə ədalətli qiymət verməlidir. Bu barədə Вы уже поставили +1 этой странице. Отменить
Dialoq və Əməkdaşlıq Naminə İslam Konfransı Gənclər Forumu”nun baş katibi Elşad İsgəndərov bəyan edib.
“Bizim əsas məqsədimiz - beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımının tanınmasına nail olmaq, beləliklə, bu hadisəyə ədalətli hüquqi qiymət verilməsidir”, - deyə E. İsgəndərov mətbuat konfransında bildirib.
O məlumat verib ki, Xocalı faciəsinin 20-ci ildönümü çərçivəsində təşkilat 35 ölkənin 50 şəhərində xatirə tədbirləri keçirir. Xüsusilə, “Xocalı həftəsi” çərçivəsində fevralın 24-də Sarayevoda Xocalı və Kosovo qurbanlarına həsr edilən abidənin açılışı olacaq. Fevralın 26-da Türkiyədə Xocalı soyqırımın tanınması dəstək olaraq mitinq gözlənilir, fevralın 28-də Moskvada faciəyə həsr edilən film nümayiş ediləcək.
“Bundan başqa, bir sıra Avropa ölkələrində Xocalı hadisələri barədə ixtisaslaşdırılan kitablar nəşr edilir, “Xocalı uşaqların gözləri ilə” adlı sərgilər keçirilir, fevralın 16-da isə Budapeştdə bu mövzuya dair seminar keçirilib”, - deyə E.İskəndərov bildirib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində evlərə yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. Qadınlar, qocalar, əlillər, uşaqlar vəhşicəsinə öldürülüb. İndiyədək görünməmiş qəddarlıq nəticəsində adları məlum olan 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.