Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Xəzərin Azərbaycan sektorunda itkin düşmüş üç balıqçının axtarışını həyata keçirir.
Çərşənbə axşamı içərisində üç balıqçının olduğu iki motorlu qayıq Pirallahı qəsəbəsindən dənizə çıxıb və geri qayıtmayıb. Onlarla əlaqə kəsilib.
Nazirliyin Aviasiya dəstəsinin və Dövlət Sularda Xilasetmə Xidmətinin iştirakı ilə axtarış-xilasetmə işləri davam etdirilir.