Azərbaycan Mərkəzi Bankı (AMB) 2011-ci ildə 618,5 mln. manat məbləğində not yerləşdirib ki, bu da buraxılmış notların həcminin 47,32%-ni təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Hesabat ilində AMB-nin notlarına tələbat müşahidə olunub. Ümumilikdə not emissiyasının həcmi 1 mlrd. 307 mln.manat təşkil edib ki, bunun 777 mln. manatı hərraclara çıxarılıb. Notların yerləşdirilmə həcmi 618,5 mln. manat təşkil edib”, - deyə Mərkəzi Bankın nümayəndəsi bildirib.
2012-ci il yanvarın 1-nə Mərkəzi Bankın 50,1 mln. manat məbləğində notu dövriyyədədir.
2011-ci ilin yekunlarına görə, notlar üzrə orta gəlirlilik ötən ilin əvvəlinə olan 2,2%-ə qarşı 2,77% təşkil edib.