Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azerpoçt” MMC “MasterCard” ödəmə sisteminin plastik kartların emissiyasına başlayıb. Bu barədə cəmiyyətin məlumatında bildirilir.
Cəmiyyətin məlumatına görə, “Master Card”-ın beynəlxalq ödəniş sisteminə qoşulması prosesi başa çatıb.
Cəmiyyət işçilərinin plastik kartlarla təmin edilməsi prosesinə başlayıb.
Bundan başqa, “Azerpoçt” MMC-ı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə İdarəsindən 400 ədəd plastik kartla bağlı sifariş alıb. Bundan başqa, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin, digər müəssisələrinin plastik kartlarla təmin edilməsi istiqamətində danışıqlar aparılır.
“Azerpoçt” MMC həmçinin, bankomat və pos-terminallar şəbəkəsini genişləndirir. Son zaman ərzində cəmiyyət Bakıda bankomatlar quraşdırıb. Yaxın zamanda Gəncədə bankomatların quraşdırılması gözlənilir.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı bank-maliyyə xidmətlərinin göstərilməsi üçün MMC-yə lisenziya verib.