SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağında quyu istismara daxil edib. Bu barədə SOCAR-ın saytında dərc edilən məlumatda bildirilir.
Əsaslı təmirdən sonra 8 nömrəli özüldən 132 nömrəli quyu istismara daxil edilib.
Quyunun sutkalıq debiti 21 ton neft təşkil edir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir. Sahənin qalıq ehtiyatları 180 mln. ton neft və 65 mlrd. kubmetr qaz həcmində qiymətləndirilir.