Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) gənc alimlər arasında Yerin öyrənilməsi sahəsində ən yaxşı elmi-tədqiqat işi üzrə ikinci Respublika müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Müsabiqədə yaşı 35-ə qədər olan gənc alimlər, eləcə də elmi araşdırmalarla məşğul olan magistrlər, bakalavrlar və doktorantlar iştirak edə bilərlər.
Fevralın sonuna qədər müsabiqəyə 2009-cu ildən 2012-ci il fevralın 1-dək dərc edilmiş monoqrafiya, məqalə və digər elmi əsərlər təqdim edilə bilər.
Müsabiqənin qalibləri bu ilin aprel ayında müəyyən olunacaq. Birinci yer üçün 800 manat, ikinci yer üçün 400 manat, üçüncü yer üçün 250 manat məbləğındə mükafat təyin edilib. Daha 5 müəllif 150 manat məbləğində həvəsləndirici mükafat alacaq.
Müsabiqə Azərbaycan Geoloqları Milli Komitəsinin dəstəyi ilə keçirilir.