2012-ci ilin yanvar ayında Bakı bazarlarında tikinti materiallarının qiyməti noyabr ayı ilə müqayisədə 0,33% ucuzlaşıb. Bu barədə “Əmlak bazarının iştirakçıları” İctimai Birliyindən məlumat verilib.
“Tədqiqatlar göstərib ki, 2012-ci ilin yanvar ayında tikinti materiallarının qiymətləri 2011-ci ilin yanvar ayı ilə müqayisədə18,1% artıb”, - deyə məlumatda bildirilir.
Birliyin məlumatına görə, cari ilin yanvar ayında Bakı bazarlarında 88 növ inşaat materialının qiyməti araşdırılıb, onların 52%-i yerli məhsul olub.
2012-ci ilin yanvar ayında kubikin (0,8%), DSP (0,3%) oduncağın (0,2%), şiferin (0,9%), izolyasiyanın (15%), metal boruların (1,8%), metal örtüklərin (2,9%), şüşənin (0,4%) qiymətlərində ucuzlaşma qeydə alınıb.
Yanvar ayında digər növ inşaat materialının qiyməti sabit olaraq qalıb.