Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 1,4 mindən çox müraciət göndəriblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyinin “Qaynar xətt”inə ümumilikdə 1,441 müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti sorğu xarakteri daşıyıb. Ümumi təhsil, orta ixtisas və ali təhsl müəssisələrlə bağlı 71, məktəbəqədər müəssisələrlə bağlı 39 şikayət qəbul edilib.
Müraciətlərin çoxu IX-XI siniflərdə sınaq imtahanlarının keçirilməsi, müəllimlərin işə qəbulu, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, xaricdə təhsil, diplomların tanınması, biliklərin qiymətləndirilməsi və s.ilə əlaqədardır.
Bütün müraciətlərə Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən baxılıb.