23 fevral tarixində Niyazi küç., 5 ünvanında yerləşən Royal Collection butikində analoqu olmayan ilk hibrid Ulysse Nardin Chairman Smartfonların təqdimatı keçirildi. Təqdimatda Chairman telefonun xüsusiyyətləri və funksiyaları nümaiş olundu. Italdizain Group şirkətinə məhsus Royal Collection butiki dünyada bu yeniliyi satışa çıxardan ilk butikdir.
Ulysse Nardin Chairman Smartfonu bu məhsullar arasında yüksək texnologiyaya sahib smartfonla yüksək keyfiyyətli mexaniki saatın hibridi adlandıra biləcəyimiz bir ilkdir. Bu telefon Le Lokl şəhərində yerləşən və dənizçi xronometrləri tərzində saatlar istehsal edən Ulysse Nardin ilə texnoloji məhsullar bazarına yeni qoşulan SCI Innovations şirkətinin əməkdaşlığının məhsuludur. Həm benzin, həm də elektrik enerjisiylə işləyən mühərrikə sahib hibrid avtomobillərdə olduğu kimi, bu telefonlar da həm elektriklə, həm də rotorun istehsal etdiyi kinetik enerji ilə işləyir. Bəli, Chairman-ın enerjisinin bir hissəsi qolunuzdaki saatla eyni mənbə tərəfindən istehsal olunur.
Zaman ölçümü ilə əlaqədar telefonda bol olan detallar arasında, Ulysse Nardin-in xüsusi siferblatını təkrarlayan saat və tarix analoq displeyi də daxil olmaqla, kənarlarda əlavə enerji təminatı üçün rotoru əllə qurmağa yarayan tac, eləcə də səs və digər funksiyaları idarə etmək üçün istifadə edilən və tacın hər iki tərəfində yerləşən xronoqrafa bənzər detallar var. Telefon eləcə də arxa paneldə kristallik sapfir müşahidə “pəncərəsinə” sahibdir. Bu “pəncərə” artıq tanıdığımız BMT-nin lövbər formasında olan logosu ilə bəzədilmiş rotoru göstərir. İşıq rotoru işıqlandırır və ətrafdakilərə Sizin xüsusi bir telefon istifadə etdiyinizi göstərir. Telefonun istehsalında istifadə olunan material və rənglər Ulysse Nardin saatlarını təkrarlayır: çəhrayı-qızılı polad korpuslar vəya çəhrayı-qızılı və polad rənglərinin kombinasiyası.
Bu, hər cəhətdən 21-ci əsrin telefonudur, dünyadaki bir çox GSM şəbəkələrinə uyğundur, 2.8 düymlük sensorlu ekran, elektron poçt və internet proqramları, internetə bağlanmaq üçün Wi-Fi, eləcə də rəqəmsəl video çəkən 5 meqapiksellik HD rəqəmsəl kameraya sahibdir. Telefonda anodlaşdırılmış aerokosmik alüminium ərinti, karbon lifləri və yüksək keyfiyyətli paslanmaz dənizçi polad istifadə olunub.
Ulysse Nardin-in Chairman telefonlarının dizaynı və təchizatından əlavə, telefonun dəbdəbəli alət statusunu mökəmlədən başqa bir vacib sahə də var – servis və müştəri xidmətləri. Hər il Ulysse Nardin telefonun qiymətinin 10%-nə bərabər bir məbləğ qarşılığında xüsusi proqram təklif edir. Proqramın iştirakçıları telefonlarını ildə iki dəfə Chairman servis mərkəzinə göndərir (təbii ki, onlara müvəqqəti telefonlar təqdim olunur) və servis mərkəzində telefonlar cilalanır və təmizlənir, eləcə də, ehtiyac olduğu halda, telefonun proqram təminatı və təchizatı yenilənir.
Şirkətin verdiyi məlumata əsasən, bu telefonlardan hər il məhdud sayıda istehsal olunacaq – hər modeldən 1846 ədəd. Bu rəqəm Ulysse Nardin şirkətin qurulduğu ili simvolizə edir.
Əlavə məlumat üçün Royal Collection butikinə müraciət edə bilərsiniz. Ünvan: Niyazi küç.,5 Tel.: 492 76 56